Cümə , 22 Noyabr 2024
Drone Cameras

QMİ-nin sədr müavini: “Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımlar unudulmayıb”

“Fransanın Ruanda və Əlcəzairdə törətdiyi soyqırımları heç kim unutmayıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev Bakıda keçirilən “Müasir çağırışlar: birgəyaşayışın Azərbaycan nümunəsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Allah insanları müqəddəs Quranda birgəyaşayışa çağırır və dəvət edir: “Fransa bu gün dünyada humanizmdən, birgəyaşayışdan ən çox bəhs edən ölkələrdən biridir. Lakin bu ölkənin Ruanda, Əlcəzairdə insanları kütləvi şəkildə soyqırımına məruz qoymasını heç kim unutmayıb. Hazırda oxşar mənzərələr Azərbaycanda – Qubada, Şuşada, Xocalıda da var və 44 günlük Vətən müharibəsindən sonra işğal edilmiş ərazilərdən hələ də kütləvi məzarlıqlar tapılır. Bu qırğınlar fransızlara, ermənilərə nə verib?”

F.Nurullayev bildirib ki, indi Azərbaycan əsgəri sərhəddə erməni sakinlərə su, çörək verir: “Bu, islamın buyurduğu insanı dəyərlərdir. Biz birgəyaşayışı, insanların dininə hörmət etməyi islamdan öyrənmişik”.

Check Also

Gündüz İsmayılov: Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır

Azərbaycanda hər hansı məzhəbin üstünlüyü konteksində dini təhsil aparılmır. Boyukmillet.com xəbər verir ki, bunu Dini …