Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı Kocaeli Milli Kuruluşlar Birliyi Başkanı Yücel Alpay Dəmir və Düşüncə Qrupu Başkanı Süleyman Pekin Selcuklu ilə görüş keçirib. Görüşdə Türk Dünyasının problemləri, Türk birliyi üçün görülən işlər, ortaq dil, əlifba məsələləri müzakirə olunub. Bu işdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Boyukmillet.com xəbər verir ki, görüş zamanı DAK sədri Qarabağda Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suveren haqlarının bərpa prosesi haqda qonaqları məlumatlandırıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə DAK İdarə Heyəti üzvləri, Babək Muğanlı,Əli Hacı və Samir Adıgözəlli də iştirak edib.