Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Aİ: “ABŞ Ukraynaya yardımı dayandırarsa, onu əvəzləyə bilmərik”

“ABŞ Ukraynaya yardımı dayandırarsa, Avropa İttifaqı bunu kompensasiya etmək iqtidarında deyil”.

Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa ABŞ-ı əvəz edə bilməz: “Əlbəttə, biz daha çox şey edə bilərik, lakin ABŞ Ukraynaya kömək etmək üçün əvəzsizdir”.

J.Borel Vaşinqtonu Ukraynaya dəstəyi davam etdirməyə çağırıb.

Qeyd edək ki, daha əvvəl Qərb ölkələrində Ukraynaya yardımla bağlı fikir ayrılığının yaranması barədə məlumat yayılmışdı.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …