Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvandakı sahibkarlara növbəti təzyiq dalğası-Culfadakı iki böyük tikinti niyə dayandırılıb?-Video

Rusiyadakı sərmayəsini gətirib Naxçıvana yatıran, Culfa və Ordubad rayonlarında böyük işlər görən iş adamının bütün sənədləri qaydasında olan iki “obyekt”inin tikintisini heç bir qanuni əsas olmadan dayandırıblar.

Şirkətin rəhbəri Fərahim Məmmədov Azinforum.az-a açıqlamasında bildirdi ki, hazırda onlar Naxçıvanda: “Qapıcıq”, “Zərəni”, “Çobanoğlu”, “Region Tədris Mərkəzi” adlı 4 MMC ilə fəaliyyət göstərirlər.

Rusiyadan Naxçıvana sərmayə yatırmaq qərarına bir neçə ilə bundan əvvəl Prezident İlham Əliyevinn xaricdəki soydaşlarımıza vətənimizə sərmayə qoymağın zəruriliyi ilə bağlı etdiyi çağrışdan sonra gəliblər.

2007-ci ildən başlayaraq Naxçıvanda bir sıra uğurlu layihələr ərsəyə gətiriblər. Hazırda bu şirkətin Culfa şəhərində inşa etdiyi, bütün qanuni sənədləri: tikintiyə icazə, hətta çıxarışı belə olan – “Culfa Mall” və otel tikintisini dayandırıblar.

Naxçıvan Fövqəladə Hallar Nazirliyi bu qərarı onunla əsaslandırmağa çalışır ki, icazəyə dair sənədlər yenidən alınmalıdır. İş adamının sözlərinə görə, onlara qarşı bu münasibət Culfa rayon prokurorunun tikinti işlərinə qanunsuz müdaxiləsindən sonra başladı:

“Təsəvvür edin ki, prokuror səlahiyyətinə aid olmayan tikinti işinə müdaxilə edir. Biz bunun qanunazidd olduğunu bildirəndən sonra bütün qurumları bizim üstümüzə yoxlamaya göndərdilər.

Biz 600-ə yaxın işçiyə əmək haqqı veririk, dövlətin büdcəsinə külli miqdarda vergi ödəyirik. Bizim başımızı niyə belə lazımsız işlərlə qatırlar? Mən anlamıram, bir tikintiyə neçə dəfə icazə alınmalıdır?
Bu icazəni dövlətin müvafiq qurumları öz möhürləri ilə təsdiq esiblərsə, başqa kimdən icazə alınmalıyıq?

Biz MR-dəki bəzi dövlət qurumlarının işimizə qanunsuz müdaxiləsi barədə hüquqi müstəvidə mübarizəmizi aparacayıq”.
Azinforum.az jurnalist Məhəmmədəli Qəriblinin Culfa şəhərindən hazırladığı eksklüziv videoreportajı təqdim edir:

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …