20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyi 2023-cü il kiçik qrant müsabiqəsinin qalibidir. İctimai birliyin icra etdiyi layihə “ Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” adlanır. Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilir.
Layihənin rəhbəri Maral Zamanovanın YeniZamantv.az-a verdiyi məlumatda qeyd edilir ki, layihə müharibədən zərərçəkmiş vətəndaşların , xüsusi ilə həssas qrupdan olan şəhid ailələrinin və müharibə iştirakçılarının aktivliyinin artıtılmasından bəhs edir.
Layihə çərçivəsində artıq tədbirlər icra olunub. Bakı şəhərində keçirilən tədbirdə şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri, layihə icraçıları iştirak ediblər.
8 oktyabr tarixində İctimai birlik “ Müharibədən zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyası-səyahətlərin təşkili” layihəsi çərçivəsində Lənkəran-Astara rayonuna səyahət etdilər.
Lənkəran-Astara səyahətinin gündəliyi aşağıdakı kimidir:
1.Səhər saat 6.00-da xüsusi ayrılmış avtobusla təyin olunmuş ərazidən Lənkərana hərəkət
- Saat 9.00-da səhər yeməyi
- Lənkəran rayonunda gəzinti
- Saat 13.00-da günorta yeməyi
- Saat 14.30-da Astara rayonunda gəzinti
- Saat 18.00-da Çay süfrəsi-Bakıya dönüş.
Verilən məlumata görə səhər tezdən xüsusi avtobusla şəhid ailələri, 20 yanvar gecəsinin şahidləri Lənkəran-Astara rayonuna hərəkət etdilər. 20 Yanvar Şəhid Ailələrinin Hűquqlarının Təmin Olunmasi ictimai birliyinin sədri Maral Zamanova iştirakçıları salamlayaraq layihə barədə məlumat verdi.
Layihənin eksperti səfər gündəliyini xatırlatdı.