Şənbə , 23 Noyabr 2024
Drone Cameras

KKTC prezidenti Ersin Tatar Azərbaycana gəldi

Quzey Kıbrıs Türk Respublikasının (KKTC) prezidenti Ersin Tatar təmaslar aparmaq üçün Azərbaycana gəlib.

Boyukmillet.com xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Tatar, KKTC Baş nazirinin müavini, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyənin Bakıdakı səfiri Cahit Bağcı, KKTC Azərbaycan nümayəndəsi Ufuk Turqaner, general-leytenant Bəxtiyar Ersay Türkiyənin qurum və təşkilatlarının nümayəndələri tərəfindən qarşılanıb.

Tatar 3 günlük təmasları çərçivəsində “KKTC Mədəniyyət və Tanıtım Günləri” tədbirinin açılışına qatılacaq, ADA Universitetində konfrans verəcək və media mənsubları ilə görüşəcək.

Prezident Tatarla yanaşı, KKTC Baş naziri Ünal Üstel və aralarında iş adamları, turizm mütəxəssisləri, universitet nümayəndələri və investorların da olduğu 200 nəfərlik heyət Azərbaycana gəlib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …