Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hadrutda keçirilən I Beynəlxalq Peşə Ustalığı Yarışmasının qalibləri açıqlanıb

“Azərişıq” ASC-nin Xocavənd rayonunun Hadrut qəsəbəsində təşkil etdiyi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş türkdilli dövlətlərin gənc energetikləri arasında “Paylayıcı Şəbəkələrin Rəqəmsal Transformasiyası” mövzusunda I Beynəlxalq Peşə Ustalığı Yarışmasının qalibləri açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, yarışda I yeri Azərbaycan energetikləri tutub, II yeri Qazaxıstan və Türkiyə komandaları bölüşüb. 3-lüyü Özbəkistan komandası tamamlayıb.

Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə kubok və diplomla mükafatlandırılıb.

Ümumilikdə yarışda adları çəkilən ölkələrdən başqa Qırğızıstan və Tatarıstandan (Rusiya) olan energetiklər də iştirak edib. Qardaş ölkə Türkiyə “Uludağ” və “Başkənt” komandaları ilə tədbirə qatılıb. Yarışların ikinci günündə iştirakçılar peşə bacarıqlarını nümayiş etdiriblər.

Tatarıstan Elektrik Şəbəkələr Şirkətinin baş direktoru İlşat Fardiyevin təklifi ilə Beynəlxalq Peşə Ustalığı Yarışması gələn il Tatarıstanda təşkil olunacaq.

Bu gün Azərbaycanda Energetiklər Günüdür.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …