Bazar , 19 May 2024
Drone Cameras

KİV: ABŞ BMT TŞ-də təklif edəcəyi qətnamə layihəsində atəşkəs çağırışı etməyib

ABŞ BMT Təhlükəsizlik Şurasının İsrailin özünü müdafiə etmək hüququna malik olduğunu və İrandan “bölgədə sülh və təhlükəsizliyi təhdid edən milislərə və terrorçu qruplara” silah ixracını dayandırmasını tələb edən qətnamə layihəsini təklif edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Layihə mətnində mülki şəxslərin, o cümlədən təhlükəsiz ərazilərə çatmağa çalışanların qorunmasına çağırılıb, dövlətlərin “terror hücumlarına” cavab verərkən beynəlxalq hüququ gözləməli olduqları qeyd olunub, yardımların Qəzza zolağına “davamlı, yetərli və əngəlsiz” şəkildə çatdırılmasına çağırış edilib.

Birləşmiş Ştatların sözügedən qətnamə layihəsini səsverməyə çıxarmağı planlaşdırıb-planlaşdırmadığı və ya bunu edəcəksə, nə zaman edəcəyi aydın deyil. Qətnamənin qəbulu üçün Şuranın azı 9 üzvü lehinə səs verməli, həmçinin daimi üzvlər (ABŞ, Böyük Britaniya, Çin, Fransa, Rusiya) sənədə veto qoymamalıdır.

Qeyd olunub ki, ABŞ-nin layihə mətni döyüşlərdə hər hansı bir fasilə və ya atəşkəs tələb etmir. O bütün dövlətləri “Hizbullah və digər silahlı qruplar tərəfindən bütün hücumların dərhal dayandırılmasını tələb etməklə, Qəzzadakı zorakılığın sıçramaması və ya bölgənin digər ərazilərinə yayılmasını” dayandırmağa çağırır.

Check Also

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib, 22 nəfər həbs olunub

Türkiyənin Şanlıurfa və Konya şəhərlərində İŞİD terror təşkilatına qarşı yeni əməliyyat keçirilib. Boyukmillet.com xəbər verir ki, …