Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyə Cümhuriyyətinin yaranmasından 100 il keçdi

Bu gün Türkiyənin Cümhuriyyət bayramı günüdür.

Boyukmillet.com xəbər verir ki,1923-cü ilin oktyabrın 29-da Türkiyə dövlətinin siyasi quruluşu Respublika olaraq elan edilib.

Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib.

Cümhuriyyətin elanından sonra Mustafa Kamal Paşa Türkiyənin ilk Prezidenti seçilib.

Türkiyənin Cümhuriyyət bayramı 1925-ci ildən etibarən hər il oktyabrın 29-da qeyd olunur.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …