Şənbə , 18 May 2024
Drone Cameras

Fidandan KKTC açıqlaması: “Ədalətsiz və insanlıqdan kənar təcridə qarşı birlikdə dayanmalıyıq”

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, Türk dünyası ilə əməkdaşlığın getdikcə daha çox təşkilatlandığını və dərinləşdiyini bildirərək, “Kıbrıs Türk xalqına qarşı qoyulan ədalətsiz və insanlıqdan kənar təcridə qarşı birlikdə dayanmalıyıq” dedi.

Boyukmillet.com xəbər verir ki, Hakan Fidan Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu Zirvə Toplantısı öncəsi keçirilən Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Fidan Təşkilata “Kıbrıs Türk xalqına tətbiq edilən ədalətsiz və insanlıqdan kənar təcridin qarşısında birlikdə olmalıyıq” deyib.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşması və dərinləşməsi bizi çox sevindirir”. Nazir Fidan Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması və transxəzər ehtiyatlarının, xüsusilə Türkmənistan təbii qazının Türkiyə və Avropaya nəqli üçün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

Check Also

Vladanka Andreyeva: “COP29 müxtəlif sektorların iqlim dəyişikliyi ilə bağlı öhdəliklərini bilməsi üçün vacibdir”

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müxtəlif sektorların …