Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsində təhsil alan tələbə Pərəstu Fəridi tutularaq naməlum yerə aparılıb.
Boyukmillet.com xəbər verir ki, təhlükəsizlik qüvvələri Pərəstu Fəridini atasının evində həbs edib, onun şəxsi əşyalarını, o cümlədən mobil telefonu və kompüterini müsadirə ediblər.
Qeyd edək ki, tələbə qızın həbs edilməsinin səbəbi barədə heç bir açıqlama verilməyib.