Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

ABŞ Azərbaycana yeni səfir göndərir

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatı noyabrın 8-də prezident Co Baydenin (Joe Biden) diplomat Mark Libbinin (Mark Libby) bu ölkənin Azərbaycandakı səfiri vəzifəsinə namizədliyini irəli sürməsini dəstəkləyib.

Ötən ilin yayından, Li Litsenberqerin (Lee Litzenberger) bu postdan getməsindən bəri ABŞ-ın Azərbaycanda səfiri olmayıb. Bayden Libbinin namizədliyini keçən ilin mayında irəli sürüb, o vaxtdan Senat onun namizədliyini təsdiqləməmişdi.

“Onu şəxsən tanımasam da, böyük təcrübəsi var, karyeralı diplomatıdır və bu, ona Bakıda kömək edəcək”, – ABŞ-ın Bakıdakı keçmiş səfiri Riçard Kozlariç (Richard Kauzlarich) “Turan”ın müxbiri ilə söhbətində deyib.

İyunun 14-də Senatda dinləmələr zamanı Libbi Qarabağla bağlı sülh danışıqları, insan hüquqları və ABŞ-Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair suallarla qarşılaşmışdı.

Libbi son vaxtlara qədər Vaşinqtondakı Milli Hərbi Kollecdə Dövlət Departamentinin fakültə məsləhətçisi vəzifəsində çalışıb.

Bundan öncə Libbi Brüsseldə Avropa İttifaqı yanında ABŞ missiyası rəhbərinin müavini olub. Varşava, Nikosiya və Bağdadda ABŞ missiyalarında siyasi məsləhətçi olaraq çalışıb.

Check Also

Bakıda beynəlxalq konfrans BAŞLADI

Bakıda “Neokolonializm və qlobal bərabərsizlik” mövzusunda beynəlxalq konfrans başlayıb. Boyukmillet.com xəbər verir ki, tədbirə ilk …