Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Lüksemburqda yerləşən Dəstək və Təchizat Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək bölməsinin direktoru Orhan Muratlı və Etimad Fondu ofisinin rəhbəri Meray Özdemir ilə görüşüb.

Boyukmillet.com-un xəbərinə görə, görüşdə Azərbaycanın NSPA ilə son onilliklər ərzində uğurla həyata keçirdiyi müxtəlif etimad fondu layihələri üzrə əməkdaşlıq, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə NSPA arasındakı tərəfdaşlıq barədə danışılıb, eləcə də minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan öz ərazisində Sovet İttifaqından qalan hərbi sursatın zərərsizləşdirilməsi məqsədilə NATO ilə birlikdə 2006-2008-ci illərdə Melanj (vaxtı keçmiş, yüksək zəhərli raket yanacağı olan melanjın zərərsizləşdirilməsi), 2005-2011-ci illərdə Saloğlu (Ağstafa rayonunun Saloğlu ərazisində partlamamış hərbi sursatların (PHS) təmizlənməsi) və 2012-2018-ci illərdə Ceyrançöl (Ceyrançöl ərazisində mina və PHS-lərin təmizlənməsi) layihələrini uğurla həyata keçirib.

Check Also

Prezident: Çin və Orta Asiyadan gələn yüklərin Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik

“Çin və Orta Asiya ölkələrindən gələn yüklərin də Zəngəzur dəhlizi boyunca hərəkət edəcəyini gözləyirik. Təbii …