Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 24 032,8 milyon kVt/s elektrik enerjisi istehsalı edilib.
Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 278,5 milyon kVt/s və yaxud 1,2 % çoxdur.
O cümlədən, hesabat dövründə İES-lər üzrə 22 213,8 milyon kVt/s, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 819 milyon kVt/s elektri kenerjisi istehsal edilib.
Bundan başqa, nazir qeyd edib ki, 10 ay ərzində ölkəmiz 2 357,1 milyon kVt/s elektrik enerjisi ixrac edib, 190,1 milyon kVt/s isə elektrik enerjisi idxal edib.