Bazar ertəsi , 21 Aprel 2025
Drone Cameras

XİN: “Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını müdafiə etməyə sadiqdir”

“Azərbaycan öz Konstitusiyasına və müvafiq beynəlxalq öhdəliklərinə uyğun olaraq, Qarabağın erməni sakinlərinin insan hüquqlarını Azərbaycanın digər vətəndaşları ilə bərabər əsasda müdafiə etməyə sadiqdir”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə bağlı yaydığı məlumatda deyilir.

Bildirilib ki, məhkəmə tərəfindən qeyd olunan tədbirlər Azərbaycan hökumətinin Qarabağın erməni sakinləri ilə bağlı artıq bəyan olunmuş siyasətini qəbul edir:

“Bu, milli və ya etnik mənşəyindən asılı olmayaraq bütün sakinlərin təhlükəsizliyini və mühafizəsini təmin etmək barədə öhdəliyimizi əhatə edir. Azərbaycan heç vaxt erməni sakinlərini Qarabağdan çıxarmayıb və regionu tərk etməmək barədə Azərbaycanın çağırışlarına baxmayaraq, Ermənistana və digər ölkələrə köçmək onların qərarı olub”, – XİN-dən qeyd olunub.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …