“Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.
O iddia edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil.
“Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. ”,- deyə o, vurğulayıb.
H.Ruhani işğala məruz qalanla işğalçı arasında fərq qoymadan deyib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.
Qeyd edək ki, dekabrın 21-də İslam Respublikasının prezidetni Ermənistana rəsmi səfər edib.
Check Also
Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı
Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
