Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Dövlət Duması rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib

Rusiya Dövlət Dumasının deputatları ölkə xaricində olan rusiyalı diplomatlar üçün əlavə təhlükəsizlik tədbirlərinin zəruriliyi ilə bağlı bəyanat qəbul edib və bütün ölkələrin parlamentlərini terrorla səmərəli mübarizə aparmaq üçün birləşməyə çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bəyanat Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar qəbul edilib.

Bəyanatda deyilir ki, bu dəhşətli təxribatı törədənlər – həm icraçılar, həm də rusofobiya, millətlərarası, dinlərarası və məzhəblərarası düşmənçilik, ekstremizm və fanatizm duyğularını alovlandıraraq terrorçunun əlini idarə edənlər layiqli cəzalarını almalıdır.

Qeyd edək ki, bəyanatın lehinə 428 deputat səs verib, 1 nəfər bitərəf qalıb.

Check Also

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir