Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Premyer Liqa: “Qarabağ” “Sabah”ın qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start veriləcək.

Boyukmillet.com xəbər verir ki, günün yeganə matçında “Qarabağ” “Sabah”ın qonağı olacaq.

“Bank Respublika Arena”da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq.

Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi isə 26 xalla ikincidir.

Azərbaycan Premyer Liqası

XIV tur

20:00. “Sabah” – “Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları noyabrın 25-26-da baş tutacaq.

Check Also

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək. Boyukmillet.com xəbər verir ki, mayın 18-23-də baş tutacaq səfər …