Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

EEVZA: Azərbaycanın U-18 millisi Polşa ilə üz-üzə gələcək

18 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Latviyada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında bu gün beşinci oyununa çıxacaq.

Boyukmillet.com xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Polşa ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 15:30-da başlanacaq.

U-18 ilk dörd turda Latviya, Ukrayna, Estoniya və Litvaya 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, EEVZA çempionatı noyabrın 26-dək davam edəcək. AVRO-2024-ə seçmə xarakter daşıyan yarışın reqlamentinə əsasən, çempion olacaq komanda qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …