Cümə , 22 Noyabr 2024
Drone Cameras

Tenderlərdə qazanılan pullar hara gedir?

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov öz feysbuk hesabında QHT Agentliyi ilə bağlı, maraqlı paylaşım edib.

Boyukmillet.com olaraq həmin paylaşımı sizlərə olduğu kimi təqdim edirik:

Dostlar və aidiyyəti #dövlət qurumları,
Bir neçə aydır topladığım informasiyalar əsasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ndə korrupsiyanın kökünü demək olar ki, tapmağa nail oldum.
Çoxu mənə deyirdilər, Agentliyik tək 2022-ci ildə 369 500 manat tədbirlərdən pul mənimsəyib, inanmırdım. Tanışlarlmın əlaqələrindən istifadə edib bəzi əlaqələr qurdum, kim nədən, niyə #QHTAgentliyinə pul geri qaytarma edibsə, öyrəndim.

2022-ci ildə Agentliyin bəzi tenderlərdən qazandığı pulları diqqətinizə təqdim edirəm:

  1. “SİNERGİ PARTNERŞİP” MMC – İşğaldan azad edilmiş rayonlara, vətən müharibəsi zamanı ermənistanın terror törətdiyi regionlara və həmçinin Agentliyin cari ilin sonuna kimi həyata keçirəcəyi müxtəlif tədbirlərin təşkil olunmasının satınalınması – 263 710 AZN (geri qaytarılan məbləğ – 120 000 AZN),
  2. “TODAY” MMC – İctimai şuralara təlimlər və Birinci mübadilə və təlim proqramının satınalınması – 246 578 AZN (geri qaytarılan məbləğ – 75 000 AZN),
  3. “İDEAL DİZAYN OFFİCE” MMC – mebel inventarlarının satınalınması – 35 200 AZN (geri qaytarılan məbləğ – 5000 AZN),
  4. “AZALİ GROUP” MMC – Türkiyə QHT-ləri və beyin mərkəzlərinin Azərbaycana səfərinin təşkilinin satınalınması – 86 190 AZN (geri qaytarılan məbləğ – 16 000 AZN),
  5. “SAFAROFF CA” MMC – Elektron proqramların funksiyanallığının artırılması,dizaynın yenilənməsi və texniki dəstəyin göstərilməsi xidmətinin satınalınması 90 860 AZN (geri qaytarılan məbləğ – 15 000 AZN),
  6. “AE UNION” MMC – Avadanlıqların və müvafiq aksesuarların satınalınması – 90 824 AZN (geri qaytarılan məbləğ – 33 000 AZN),
  7. “VEGA TRAVEL MANAGEMENT” MMC – “Xarici və yerli QHT-lər arasında beynəlxalq əməkdaşlıq məsələləri”nin satınalınması – 178 890 AZN (geri qaytarılan məbləğ – 74 000 AZN).

1 tender isə tamamilə icra edilməmiş, şirkətin faizləri çıxmaq şərtilə qalan vəsait mənimsənilmişdir. Onu da diqqətinizə təqdim edirəm:

  1. “TURALUX” MMC – “Ulu öndər Heydər Əliyevin Şuşa sevgisi” tədbirin satınalınması – 35 230 AZN (geri qaytarılan məbləğ – 31 500 AZN).

Beləliklə özünüz də hesablaya bilərsiniz, 1 ildə 369 500 manatın mənimsənildiyini.
Kiçik bir dövlət qurumu təkcə tenderlərdən bu qədər vəsait qazanırsa, görün vəziyyət nə qədər acınacaqlıdır. Hələ bunların ölü QHT-lərə yazdırdıqları vəsaitləri demirəm.
Yazımda şübhəsi olanlar, araşdırsın.

370 000 ə yaxın dövlət vəsaitini mənimsədiz, amma mən AntiNarkotik təlimlərim üçün sadəcə 10 ca min pul istədim, mənə ümumiyyətlə YOX deyib, adımı da “Vor zakon” qoyduz.

İndi siz deyin dostlar, kimdir “Vor zakon”? Mən ya bunlar?

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Narkoekspert Emil Maqalov

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …