Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

İsrail ordusu hərbi əməliyyatları bərpa edib

İsrail Müdafiə Ordusu Qəzza zolağında hərbi əməliyyatların bərpa olunduğunu rəsmi olaraq elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu sosial şəbəkədə açıqlama yayıb.

Açıqlamada HƏMAS atəşkəsi pozmaqda ittiham olunub.

Bildirilib ki, atəşkəsin başa çatmasına az qalmış Qəzza zolağından İsrail ərazisi raket atəşinə tutulub. Məlumata görə, İsrail Qəzzaya avia və artilleriya zərbələri endirir.

Qeyd edək ki, noyabrın 24-dən noyabrın 30-dək tərəflər arasında humanitar atəşkəs elan olunmuşdu. Bu müddət ərzində girov və əsir mübadiləsi keçirilib.

Check Also

Barro: Rusiyanı masaya “boğa-boğa” gətirmək lazımdır

Rusiyanı danışıqlar masasına gətirmək üçün onu sanksiyalarla boğmaq lazımdır. Boyukmillet.com xəbər verir ki, bunu Fransa …