Daşkənddə Azərbaycan və Özbəkistan arasında münasibətlərin inventarlaşdırılması və hüquqi bazanın təkmilləşdirilməsi üzrə XİN-lərarası məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyətinə beynəlxalq hüquq və sazişlər şöbəsinin müdir müavini Ceyhun Şahverdiyev başçılıq edib.
Tərəflər əməkdaşlığın hüquqi bazasını inventarlaşdırıb, ikitərəfli sənəd layihələri üzrə fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı əməkdaşlığın hüquqi əsaslarının inkişaf etdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Danışıqlar zamanı, həmçinin XİN-lərin hüquqi xidmətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Check Also
Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar
Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …
Boyukmillet.com Biz yanmasaq vətən yanar