Cümə , 1 Noyabr 2024
Drone Cameras

Bakıda “İrlandsayağı vida” qısametrajlı filminin təqdimatı olub

Bakıda Beynəlxalq Əlillər Gününə həsr olunmuş “İrlandsayağı vida” qısametrajlı filminin təqdimatı olub.

Boyukmillet.com xəbər verir ki, tədbir Böyük Britaniyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Tədbirin açılışında vurğulanıb ki, Böyük Britaniya səfirliyi 30 ildir bu istiqamətdə layihələr təşkil edir.

“Keçən il Böyük Britaniya Xarici İşlər Nazirliyi əlillərlə bağlı strategiya qəbul edib. Bu, ölkəmizin bu məsələyə nə qədər ciddi yanaşdığını göstərir”, – səfirliyin siyasət şöbəsinin rəhbəri və konsul Edvard Krimbl bildirib.

Filmin nümayişindən sonra əlillik məsələləri üzrə ekspert, “Əlillərin Müstəqil Yaşam Mərkəzi” İctimai Birliyinin rəhbəri Aydın Xəlilovla söhbət olub.

Qeyd edək ki, “İrlandsayağı vida” filmi BAFTA 2023 və Oskar 2023 mükafatlarının laureatı olan filmdir.

Check Also

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək

“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək. Boyukmillet.com xəbər verir ki, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” …