Cümə , 22 Noyabr 2024
Drone Cameras

Məni niyə söydürürlər. ?Niyənin cavabı…

Hörmətli dostlar,

Dünən barəmdə yazılan şər-böhtanın sifarişçisinin kim olduğunu öyrənə bildim. Həqiqətən də o boyda adamın yerinə utandım ki, bir qadınla mübarizə üsulunu bu cür iyrənc təzyiq yollarında tapırlar.
Mən bu günə kimi nə kimisə şantaj etməmişəm, nə də sizin kimisə dolayıb QHT Agentliyindən milyonlar qazanmamışam.

Kim daha çox şəffaflıqdan və yenilənmədən danışırsa, demək ki, onun əyri işləri var və günahı orda-burda axtarır.

Bu günə qədər QHT Agentliyi barədə ancaq faktlara əsaslanan məsələləri qabartmışam. Mən gözləyirəm bunlar bu məsələləri, saxta qrantları, saxta tenderləri araşdırsınlar. Bunlar tərsinə məni araşdırırlar. Mənim də aldığım layihələr sizə hazırda əl çalan və hazırda pulla aldığınız QHT-lər kimi normal qrantını alıb.
Üstəlik qızımla bağlı yazırsız ki, QHT açıb.

Mənim qızım başqa ölkənin vətəndaşı deyil ki, Azərbaycan vətəndaşıdır. Onun da hüququ var, necə ki sizin ətrafınızda yalaqlananların 2-3 QHT-si var. Hamısı da maşallah ən yağlı qrantları mənimsəyirlər. Üstəlik xidmət müqavilələri ilə xarici qrantları da alırlar. Vicdanlısınızsa elə onlardan başlayın da, araşdırın görün hara xidmət edirlər. Bu gün sizlərin səlahiyyətiniz var, sizə yaltaqlanırlar, sabah yeniləri olanda onlara yaltaqlanacaqlar.

Bu barədə yazmaq fikrim yox idi. Əsas TIR sürücüsünün də iştirak etdiyi mina tədbirinə toxunmaq istəyirəm.

Kiçik bir araşdırma ilə QHT Agentliyinin mina məsələlərinə həsr olunmuş tədbirinin tender sənədlərini tapdım. Doğurdan da bunlara nəzarət edən vicdanlı adamlar lazımdır.

Əlavədəki tender elanına diqqət edin. Agentlik dünən Bakıda Pullman otelində, bu gün isə Ağdamda keçirdiyi mina konfransı ilə bağlı çox gözəl mənimsəmələr edib.

İlk növbədə bildirim ki, tender qalibi olan şirkət Aygün Əliyevanın yaxın qohumudur.

Şirkət dünən Pullman oteldə keçirməli olduğu tədbiri Dənizkənarı bulvardakı otellərdən birində etməli idi. Tədbir keçirilən otellə qiymətlərdə ciddi fərq var.

Ağdamdakı tədbir Şuşada olmalı idi. Burada isə yerlə göy qədər fərq. Belə ki, Şuşadakı otellərin, yemək yerlərinin və s. qiymətlərini çox gözəl bilirsiniz.

Foto və video cəkiliş təşkili. Agentliyin özünün bu xidməti olsa da, əlavə maliyyə silinməsi üçün bunlar yazılmalı imiş.

Həm Pullman oteldə, həm də Ağdamda zalların öz səs qurğuları mövcuddur. Bunun üçün əlavə 10 min manata yaxın vəsait yazılması absurddur.

Üstəlik ölkəmiz üçün prioritet mövzu olan mina problemindən minlərlə insan əziyyət çəkib və çəkir. İnsanlar həyatlarını itirir. Belə bir tədbirdən sonra ziyafətlər təşkil edib, qonaqlara bahalı hədiyyələr təqdim edilməsi üçün maliyyə silinməsi də suallar doğurur.
Hörmətli həmkarlar,

Bəlkə də bunu yuxarılara qarayaxma kimi təqdim edəcəklər. Amma mən gördüyümü və faktlara əsaslandığım məsələlərə toxunuram. Medianı öz şəxsi imiclərini qorumaq üçün istifadə edənlər ilk növbədə QHT Agentliyindəki bu korrupsiya faktlarını araşdırmalıdırlar.

Kimlərisə sifarişlə üzərimizə qışqırtmaqdansa, tezislər verib QHT sektorunu müftəxor adlandırmaqdansa bu sektorun inkişafı üçün addımlar atmalısınız. Görüntü xarakterli işləri adi QHT-lər də həyata keçirir, real nəticəsi olan fəaliyyətlər olmalıdır.

Mətanət Əsgərqızı

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …