Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Prezident seçkisinin irəli çəkilməsinin səbəbi – Ekspert

Prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir.

Boyukmillet.com xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə – Rusiya, ABŞ və Avropa Birliyində də 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda Azırbaycanda prezident seçkisinin keçirilməsi planlaşdırılan 2025-ci ili gözləməyə ehtiyac yoxdur”, – politoloq vurğulayıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin verdiyi sərəncamla 2024-cü il 7 fevrala növbədənkənar prezident seçkiləri təyin edilib.

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …