Şənbə , 23 Noyabr 2024
Drone Cameras

CAVİD QURBANOV DÖVLƏT VƏ MİLLƏTİ ALDATDI: Türkmənistandan da geridəyik – Rəsmi rəqəmlər belə deyir

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) sədri Cavid Qurbanov rəhbərlik etdiyi qurumun keçmiş sovet ölkələri arasında lider olduğunu deyib: “Bir neçə il bundan əvvəl Azərbaycan dəmir yolu təsərrüfatının inkişafına görə, MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasında sonuncu yerdə idi, bu il isə birincidir”(Mənbə: report.az).

Boyukmillet.com xəbər verir ki, “Fakt Yoxla” Cavid Qurbanovun dediklərinin doğru olub-olmadığını yoxlayıb.

“ADY” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür. Bu qurumun fəaliyyəti əsasən keçmiş Sovet ölkələri arasında sərnişin və yük daşımalarını həyata keçirməkdir.

Cavid Qurbanovun səhmdar cəmiyyətin sədri təyin olunduğu 2015-ci ildə Şura üzvlərinin bir-birləri qarşısında əməliyyat fəaliyyəti borcu 48 mln. İsveçrə frank təşkil edib. Bu borcun 29,6 mln. frankı (61,6%-i) “ADY” QSC-nin payına düşüb. 2014-cü ildə bu göstərici 41,4 % olub.

Amma 2019-cu ilin birinci rübünün nəticələrinə görə, səhmdar cəmiyyət debitor borclarını tam olaraq ödəyib. Sonrakı illər ərzində borc gösəricisi aşağıdakı cədvəldə olduğu kimi, dəyişib.

MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurası (mln. İsveçrə frankı)
ilümumi borc“ADY”QSC-nin borcu“ADY”QSC-nin borcu (%-lə)
201433,313,841,4
20154829,661,6
201636,723,965,1
201720,89,143,8
20184,800
20198,200

2019-cu ilin ilk 9 ayı ərzində Şuraya üzv olan dövlətlərin dəmir yolu administrasiyaları 1,5 mlrd. ton yük daşıyıb. Bu öhdəliyin 19,6 %-i “ADY” QSC-nin üzərinə düşüb. Hesabatda qeyd olunur ki, ötən illə müqayisədə Azərbaycanda yüklərin yüklənməsi normasında 8% azalma qeydə alınıb. 

“Azərbaycan Dəmir Yolları” QSC Yüklərin yüklənməsi
il%
2014+8,7
2015+9,4
2016+24
2017+17,1
2018+20,5
2019+19,6

Azərbaycan üzrə sərnişin qatarlarının hərəkət qrafikində ən çox geriləmə 4,9% olmaqla 2014-cü ildə qeydə alınıb. 2015-ci ildə bu qatarların yola çıxışında 2,2 %, yolda hərəkətində 0,6% və çatma qrafikində 6,4% geriləmə baş verib.

2019-cu ilin ilk doqquz ayı ərzində  Şura üzvü olan dəmir yolu qurumları 12,4 mln. sərnişin daşıyıb. Amma bu göstəriciyə Ermənistan və Türkmənistan üzrə sərnişin daşımaları daxil deyil. 

Bu il “ADY” QSC Şura qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Amma bu  Azərbaycanın 1-ci yerdə oması mənasına gəlmir. Misal üçün, bu il Azərbaycan üzrə yüklərin yüklənməsi göstəricisi 19,6%, Türkmənistan üzrə 37,6% olub. Hesabatda Azərbaycanın bu öhdəliyi yerinə yetirməkdə 8 % gerilədiyi qeyd olunur. 

Bununla belə, Şura görülən işlərə dair reytinq açıqlamır. Ölkələr qarşısında qarşılıqlı razılaşma əsasında həyata keçirilən yükləmələr və daşımalarla bağlı öhdəliklər qoyulur və  protokollarda dəmir yolu administrasiyalarının bu öhdəliklərə nə dərəcədə əməl etdiyi qeyd edilir. 

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Cavid Qurbanovun açıqlaması faktlarla manipulyasiyadır.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …