Cümə , 30 Yanvar 2026
Drone Cameras

Orxan Fikrətoğluna yeni vəzifə həvalə olunub

Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktorunun vəzifəsinin icrası yazıçı-jurnalist Orxan Fikrətoğluna həvalə olunub.

Boyukmillet.com xəbər verir ki, o, bir müddətdir ki, bununla bağlı işlərə başlayıb.

O.Fikrətoğlu eyni zamanda mədəniyyət nazirinin müşaviri vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyinin bundan əvvəlki baş direktoru kinorejissor Rüfət Həsənov idi. O, işdən çıxmaqla bağlı ərizə yazmışdı. Onun ərizəsi qəbul olunub və vəzifədən azad olunması barədə əmr imzalanıb.

Check Also

Dövlət teatrlarında bədii rəhbər və baş rejissor vəzifələri ləğv edilib

Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və bu kimi bir sıra digər …