Bu ilin yanvar-noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında vergi ödəyicilərinə 6 618 müraciət üzrə 11 821 “ASAN İmza” sertifikatı verilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Bundan başqa, məlumata görə, 11 ay ərzində Naxçıvandakı vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 34 346 şəxs qəbul edilib. Xidmət strukturları vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 46 836 sayda xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.
Yanvar-noyabr aylarında vergi ödəyicilərinə 114 882 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 52 görüş keçirilib, 319 sayda ünvanlı xidmət göstərilib.
Bu ilin may ayında istifadəyə verilmiş Naxçıvan Şəhər Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət mərkəzində dekabrın 1-nə qədər ümumilikdə 12 047 şəxs qəbul edilib və onlara 17 497 sayda xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə göstərilən xidmətlərin sayından 3 dəfə çoxdur.