Bu gün “İB Group” MMC-nin İcraçı direktoru Babəkəfəndi İmanovun və “Baotou Steel” Dövlət müəssisəsinin İcraçı direktoru Wu Xiang Dong-un birgə iştirakı ilə Azərbaycan və Ukrayna ilə yanaşı Türk dövlətlərində ekskluziv nümayəndəlik verilməsi üzrə Çinin paytaxtı Pekin şəhərində saziş imzalanıb.
“İB Group” MMC ilə “Baotou Steel” Dövlət şirkəti arasında uzunmüddətli strateji əməkdaşlıq əlaqələri mövcuddur.
“Baotou Steel” 1954-cü ildə qurulmuş və Çinin tam sənaye zəncirlərinə və tikişsiz polad çeşidlərinə sahib olan ən böyük polad istehsalçısıdır.
Zavod, tikişsiz borular, qaz silindrli borular, yağqoruyucu borular və istənilən növ boru növlərinin istehsalı ilə məşğuldur və beynəlxalq neft-qaz şirkətləri üçün məhsulların tədarükünü həyata keçirməkdədir. Bununla yanaşı, istehsalçı Avropa ve MDB standartlarına uyğun dəmiryolu qatarlarının hərəkəti üçün nəzərdə tutulan dərmiyolu relslərinin istehsalına görə Çində 1-ci yerdədir.
“Baotou Steel” Azərbaycan bazarına ilk dəfə 7,114 ton həcmində relslərin “Yalama – Sumqayıt” dəmiryolu xəttinin çəkilməsi layihəsində satışını həyata keçirib. Bundan əlavə olaraq “İB Group” şirkəti bu il Ukrayna Dəmir Yolları üçün müharibə dövründə 27 min ton dəmiryolu relsini Qara dəniz üzərindən gəmilərlə daşınaraq dövlət sifarişini təmin edib.
Əlavə olaraq bildirmək istəyirik ki, istehsalçı ildə 17 milyon ton polad məmulatı, o cümlədən 1,8 milyon ton tikişsiz boru istehsalı etmə gücünə malikdir. Baotao Steel Çində dəmir filizi, nadir torpaq filizi, tədqiqat və nəqliyyat ilə böyük inteqrasiya edilmiş bir Dövlət müəssisədir.