Azərbaycan və Türkiyə arasında münasibətlər çox dərindir.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda keçirilən “İş Dünyasının Görüşü” adlı tədbirdə deyib.
C.Yılmaz bildirib ki, bu, münasibətlərin dərin olmasının bariz nümunələrindən biri iki ölkə arasındakı siyasi səfərlərin sıxlığıdır:
“Son 1 ay ərzində Azərbaycan və Türkiyə prezidentləri arasında 3 dəfə görüş olub. Sabah isə Türkiyənin ticarət naziri Azərbaycana səfər edəcək. Ölkələrimiz arasında münasibətlər digər dövlətlərə örnəkdir, cox güclü siyasi münasibətlərimiz var. Biz istəyirik ki, “Bir millət, iki dövlət şüarı” ilə inkişaf edən bu münasibətlər iqtisadi sahədə də özünü göstərsin və biz iş adamları ilə birlikdə daha da irəli gedəcəyik”.
O qeyd edib ki, Azərbaycanla Türkiyənin inkişaf etdirdiyi bu münasibətlər bütün Qafqaz üçün rifah deməkdir:
“Buna ürəkdən inanırıq. Dostluq münasibətlərinə əsaslanan əlaqələrin digər qardaş ölkələri də əhatəsinə alaraq çoxtərəfli forma alması, bölgədə də rifaha əldə edilməsi üçün birlikdə çalışırıq”.
Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatı yaxşi vəziyyətdə deyil, beynəlxalq iqtisadiyyat hələ ki özünə gəlməyib: “Dünyada ticarət həcmi azalıb. Amma biz bunu bilirik ki, çətin şərtlər fürsətlər yaradır. Biz istəyirik ki, daha çox iş adamı Azərbaycana gəlsin və daha çox iş adamı Türkiyəyə getsin və bu münasibətlər daha da güclənsin. 2022-ci ildə iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 6 milyard ABŞ dolları olub. Ticarət dövriyyəsi bu ilin ilk on bir ayı ərzində 6,7 milyard ABŞ dolları səviyyəsinə çatıb. Bu göstəricinin ilin sonuna kimi daha da artacağına əminəm”.