Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Gələn il məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur

“5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə cəlbi 2013-cü illə müqayisədə 24 faizdən 80 faizə qaldırılıb. Bu dövr ərzində 100 mindən çox uşaq məktəbəhazırlıq qruplarında təhsilə cəlb edilib”.

Boyukmillet.com-un xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusunda keçirilən konfransda Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsil ucqar yaşayış məntəqələrində də təmin edilib: “Növbəti ildə məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılması nəzərdə tutulur ki, bu da inkişaf edən ölkələrin göstəricisinə uyğundur”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …