Çərşənbə , 23 Aprel 2025
Drone Cameras

Maliyyə Nazirliyi: “Qarabağ və Şərqi Zəngəzura 11,2 milyard manatdan çox vəsait ayrılıb”

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilib.

“Bu il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana 2022-ci ildə başlanmış geridönüşün növbəti mərhələsi baş tutub”, – bələdçidə qeyd olunub.

Check Also

DTX-də Naxçıvan Səhiyyə Nazirliyindəki maliyyə pozuntuları ilə bağlı cinayət işi başlanıb

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində və onun tabeliyində olmayan qurumlarda apardığı kənar dövlət …