Şənbə , 23 Noyabr 2024
Drone Cameras

TDT Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib

Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən liderlərimiz sadəcə regional deyil, həm də beynəlxalq aləmdə ədalətlə bağlı qətiyyətli mövqelərini ortaya qoyublar.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyevin Yeni il münasibətilə təbrikində qeyd olunub.

Qeyd olunub ki, Astana Zirvə görüşü türk dünyasında yeni və vacib səhifə açıb: “Türk dünyası beynəlxalq geosiyasi proseslərlə bağlı ortaq mövqe nümayiş etdirdlər”.

Bildirilib ki, ötən il ciddi uğurlar əldə olunub: “TDT daxilində əməkdaşlığımızı inkişaf etdirdik. 30-a yaxın sahədə münasibətləri genişləndiririk”.

Baş katib 2024-cü ilin TDT üçün daha uğurlu olmasını arzulayıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …