Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Miller: Rusiya ABŞ-nin Azərbaycanla Ermənistan arasında normallaşma ilə bağlı səylərinə mane olmur

Rusiya heç bir halda ABŞ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bugünkü brifinq zamanı deyib.

“Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, – sözçü bildirib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-də mümkün növbəti görüşünə gəlincə, Miller qeyd edib ki, görüş təyin olunanda Vaşinqton bu məsələ ilə bağlı açıqlama verəcək.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …