Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Bolqarıstan 5 min NATO hərbçisinin yerləşdirilməsi üçün infrastruktur yaradacaq

Bolqarıstan 5 min nəfərə qədər çoxmillətli döyüş qrupunu yerləşdirmək üçün infrastruktur yaradacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Todor Taqarev məlumat verib.

“NATO-nun şərq cinahı ölkələrindəki bütün döyüş qruplarının təxminən 5 min hərbçiyə qədər artırılması planlaşdırılır. Doğrudur, hazırda bununla bağlı dəqiq qrafikimiz yoxdur. Lakin buna şərait yaratmağa hazır olmalıyıq”, – o qeyd edib.

Onun sözlərinə görə, ABŞ ilə infrastrukturun inşasının birgə maliyyələşdirilməsi məsələsi müzakirə olunub.

Check Also

Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ

Pekin Hörmüz boğazının açıq saxlanmasını və neft, eləcə də mayeləşdirilmiş təbii qaz tədarüklərinə hücumlardan çəkinilməsini …