Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fransanın fəxri deputatı: “Senatın qətnaməsi Azərbaycandan qisas almaq çağırışına bənzəyir”

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Parlamentinin fəxri deputatı Jerom Lamber Senatın 157 saylı qətnaməsini pisləyib.

“Report”un yerli bürosu bildirir ki, Azərbaycanın Dostları Assosiasiyasının bu gün yaydığı bəyanatda J.Lambert qətnamənin qisas almaq ruhunda yazıldığını bildirib.

“Bu gün dialoq yolu ilə sülhün təmin edilməsinə çalışılmalıdır. Bunun əvəzində isə Senatın qəbul etdiyi mətn qisas almaq çağırışına bənzəyir. Beynəlxalq hüquqdan, ölkəmizin dünyanın bu regionundakı maraqlarından danışarkən təəsüf ki, Senat heç bir müsbət rol oynamaq istəmir. Öz ölkələrindən daha çox ekstremist olan erməni diasporunun lobbiçiliyi bizi bu gün çox səhv istiqamətə sürükləyir”, – J.Lambert bildirib.

O bildirib ki, belə qətnamələr dünyada sülhə mane olur, separatizmə yol açır: “Bu qətnamə Azərbaycanla Ermənistan arasında dialoqa, Fransa-Azərbaycan dostluq əlaqələrinin bərpasına böyük zərbə vurur”, – Jerom Lamber qeyd edib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …