Bazar , 15 Noyabr 2026
Drone Cameras

Paşinyan: “İrəvanla Bakı arasında razılaşma regionda sülhün əsası olacaq”

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması regionda sülhün bərqərar olmasına səbəb olacaq.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

“Biz ümumi qəbul edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla sülh sazişinin imzalanması ilə bağlı razılıq əldə etdikdə və bunu imzaladıqdan sonra regionda sülh əldə olunacaq”, – o vurğulayıb.

Qeyd edək ki, N.Paşinyan Tbilisiyə işgüzar səfərə gedib.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …