Çərşənbə axşamı , 15 Aprel 2025
Drone Cameras

Suriya ilə sərhəddə ABŞ hərbi bazası PUA hücumuna məruz qalıb, 3 əsgər ölüb

İordaniyada yerləşən ABŞ-nin hərbi bazası pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.

Bu barədə Boyukmillet.com “CNN”ə istinadən xəbər verir.

Qeyd olunub ki, hücum nəticəsində 3 amerikalı əsgər ölüb, 20-yə yaxın əsgər yaralanıb.

Amerikanın hərbi bazası Suriya ilə sərhəd yaxınlığında yerləşir.

Hadisə ilə bağlı Amerika prezidenti Cozef Bayden yazılı bəyanat verib.

Qeyd olunub ki, Vaşinqton İranın dəstəklədiyi qrupları İordaniyada ABŞ qüvvələrinə qarşı üç hərbçinin ölümü ilə nəticələnən hücuma görə məsuliyyətə cəlb edəcək.

Check Also

Ermənistan XİN: İrəvan Bakı ilə həm sərhəddə, həm də üçüncü ölkədə saziş imzalamağa hazırdır

Ermənistan Azərbaycanla həm sərhəddə, həm də üçüncü ölkələrdən hansısa birində sülh sazişi imzalamaq imkanlarını mümkün …