Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Laçın şəhərindən Zabux, Zerti və Qarıkaha kəndlərinə marşrutlar fəaliyyətə başlayacaq

Yaxın vaxtlarda Laçın şəhərindən rayonun Zabux, Zerti və Qarıkaha kəndləri istiqamətində marşrut xətləri fəaliyyətə başlayacaq.

Boyukmillet.com bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, artıq həmin üç istiqamət müsabiqəyə çıxarılıb və ictimai nəqliyyatla sərnişindaşıma xidmətlərinin təşkil edilməsi istiqamətində işlər görülür.

İndiyə qədər tələbata və hazır olan yol infrastrukturuna uyğun olaraq, Bakı-Şuşa, Bakı-Ağdam, Bərdə-Ağdam, Əhmədbəyli (Füzuli)-Şuşa, Tərtər şəhəri-Talış kəndi, Horadiz (Füzuli)-Ağalı (Zəngilan) istiqamətlərdə avtobus marşrutları təşkil edilib.

Check Also

Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin məmnuniyyətinin daha da yüksəldilməsi məqsədilə 12 yanvar tarixindən etibarən …