Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Mübariz İbrahimov, yoxsa Qasım Süleymani?

Feysbukda olmasam da, orada baş verənlər haqda tez-tez eşidirəm və nə gizlədim, çox da təəssüf edirəm. Elə bir əhvalat ötən ilin noyabrında özümün yazımla bağlı olub. Xatırlayanlar bilir: Şuşaya virtual səfərlə bağlı yazımda ortanı qarışdıran sosial şəbəkə olub. Yazı orada paylaşılandan sonra anladım ki, bəziləri heç yazdığımı oxumadan ən müxtəlif reaksiyalar bildiriblər. Hətta bir çox həmkarımızın heç yazını oxumağa hövsələsi çatmayıb, məni telekanala dəvət edirdilər ki, gəlim səfərimdən ətraflı danışım. Bunu yada salmaqda məqsədim var.

İki gün əvvəl bir taksi sürücüsü soruşur ki, «müəllim, bu Qasim Süleymani kimdir axı, Feysbukda çoxu onun şəklini profilinə qoyub?». Deyirəm, filankəsdir, amma yenə heyrətlənməklə yanaşı, heyfslənir də… Deyirəm, şəkli qoyanlar beş-üç adam olar yəqin. Deyir, yox e…

Söhbət Yaxın Şərqdə ona verilən missiyanı yerinə yetirən Süleymaniyə münasibətdən getmir, hətta kiminsə türk düşməni Öcalana da rəğbəti (?!) ola bilər. Necə ki, hansısa ölkədə keçirilən «Eurovison» yarışmasında Bakıdan erməni oxuyana səs göndərmişdələr ki, bunu illər sonra da xatırlamaq utancvericidir. Soruşsan, heç Süleymaninin də, İran Keşikçiləri Korpusunun da haqında üç-dörd cümlə deyə bilməzlər, amma «pərəstlik» edirlər. Əlbəttə, bunu bəzi dairələrdən məqsədli şəkildə təşkil edilməsi də mümkündür. Bunlar narahatlıq doğursa da, Azərbaycanın müvafiq strukturları, onları da, onları idarə edənləri də yaxşı tanıyır, nəzarətdə də saxlayırlar. Söhbət, necə deyərlər, trollardan yox, «tüstüyə» düşənlərdən gedir. Bilmirəm, qiymətləndirməm nə qədər obyektiv ola bilər, məncə, sosial şəbəkə cəmiyyətin iç üzüdür. Üzə çıxanlar isə heç də yaxşı deyil… Konkret olaraq, son günlərin ən aktual mövzusuna qayıtsaq, məsələn, biri ABŞ-ı bəyənmir, qulaq verdiyi dar dairələrdəki söhbətlərdə də eşidib ki, hamının işinə qarışır, hamıya cəza kəsir, işğalçıdır və sairə… O saat ABŞ düşmən olur. Elələri var ki, Amerikanın paytaxtını Avropa hesab edir, xəritədə harada olduğunu bilmir, amma görür bir dəstə ABŞ-ı (və ya başqa bir ölkəni) söyür, o da axına qoşulur. Ki, desinlər bu da bir şey bilir.

Картинки по запросу indira qandi

Olmuş əhvalatdır. SSRİ dönəmində rayonların birində müəllimlər oturub çayxanada dünyada baş verənlərdən söhbət edirmişlər. Biri deyib ki, görəsən, İndira Qandi Moskvaya niyə gəlir? Hərə bir fikir bildirib. Bayaqdan kənardan söhbəti dinləyən bir adam müdaxilə etməkdən özünü saxlaya bilməyib ki, bu da çox sonralar da təbəssümlə xatırlanıb. Həmin adam «İndira Qandi Moskvaya arvadın da gətirirmi?» soruşur. İndi əksəriyyət – fərqi yoxdur, sosial şəbəkə istifadəçisidir, ya yox – bu səviyyədə düşünür. Adamlarımız qonşu Gürcüstana gedib duncəlib qayıdanda özünü az qala Saakaşvili kimi apardığını yada salaq. Gəlib burda danışırdılar ki, bəs, demokratiya tökülüb Tiflisin hər tərəfinə, çadırlarda yeni-yeni inqilabçılar yetişir, demokratiya o qədər çoxdur ki , hətta yığıb gətrirdilər Bakıya, amma «Qırmızı körpü»dən keçirə bilmədilər. Soruşmaq istəyirsən ki, ay qadam, oraya seçkilərdə iştirak etməyə getmişdinmi? «Qızılgül» inqilabının liderini bu demokrat gürcülər ölkəyə buraxmırlar axı, bunun nəyi ta demokratiya oldu? Hə, baxırsan ki, gedib ucuz qiymətə dincəlib, amma turizmi yox, tərifini bilmədiyi demokratiyanı tərifləyir. Digərləri də qoşulur «xor»a…Soruşsan ki, Gürcüstanı bu qədər tərifləyirsən, orada parlament, yoxsa prezident idarəetməsididir, yəqin cavab verə bilməyəcək. Çünki axına düşüb və sosial şəbəkədən özü də bilmədən yönləndirilir. Təəssüf ki, Azərbaycanın üzərinə həm də…

Картинки по запросу qasım süleymani

Bu sosial şəbəkə bir dövlət görəvlisi olan Qasım Süleymanini həddini və beynəlxalq qaydaları aşaraq göydən raketlə vuran ABŞ kəşfiyyatının köməkliyi ilə yaradılmasına kimin şübhəsi var ki? Ölkələri ora toplayıb, ağlını da, düşüncəsini də, yaşayış səviyyəsini də, təhsilini də oradan öyrənib təhlil edirlər. Sosial şəbəkə istifadəçiləri deyir ki, ictimai rəy orada formalaşır.

Картинки по запросу mübariz ibrahimov

Əgər yad millətin yüz generalından da dəyərli olan Milli Qəhrəman Mübariz İbrahimovu deyil, hansısa ölkənin generalına (siyasətçisinə) «vurğunluq» nümayiş etdirirsənsə, bunu gərək ətrafına izah edəsən. Bu artist deyil ki, «filmi xoşuma gəldi» deyəsən. İzah et ki, ABŞ-ın düşmən və terrorçu, İranın isə qəhrəman hesab etdiyi generalına niyə yas saxlayıb tərif yağdırırsan? Şəklini öz şəklinin yerinə qoyursan? Bunun anlamı nə? Müsəlman həmrəylidirsə, niyə o din qardaşlarımız bizə zülm etmiş ermənilərlə qucaqlaşırlar? «Niyə»lərin sayını artıra da bilərəm. Amma gərək yox. Sözüm İndira Qandinin kişi yox, qadın olduğunu bilənlərə idi…

Gəlin, bir az Azərbaycanpərəst olaq…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …