Çərşənbə axşamı , 7 Aprel 2026
Drone Cameras

ABŞ-nin Suriyanın şərqindəki bazası raket atəşinə tutulub, yanğın başlayıb

ABŞ-nin Suriyanın şərqində yerləşən Deyr əz-Zor əyalətindəki “Koniko” qaz yatağındakı bazası raket atəşinə tutulub.

Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir.

“Deyr əz-Zorda “Koniko” qaz yatağındakı Amerika bazası dörd raketlə vurulub və yanğın başlayıb”, – mənbə bildirib.

Hücum zamanı insan tələfatının olub-olmadığı açıqlanmır.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Cozef Baydenin göstərişi ilə İraq və Suriyadakı hədəflərə hücumlar həyata keçirilib.

Check Also

Səudiyyəni Bəhreynlə birləşdirən körpü BAĞLANDI – İrandan HÜCUM TƏHLÜKƏSİ

Səudiyyə Ərəbistanı ölkəni Bəhreynlə birləşdirən Kral Fəhd körpüsünü bağlamaq barədə qərar qəbul edib. Boyukmillet.com  xəbər …