Rusiya hərbçilərinin açdığı artilleriya atəşi nəticəsində Ukraynanın Xerson vilayətində 4 dinc sakin ölüb.
Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Daxili İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya hərbçilərinin açdığı atəş nəticəsində minik avtomobili yanıb. Yanğınsöndürənlər yanğını söndürən zaman maşının salonunda 2 nəfərin meyitini aşkarlayıblar. Artilleriya atəşi nəticəsində küçədə 66 yaşlı qadın da ölüb.
Nazirlik ümumilikdə 4 dinc sakinin öldüyünü bildirib.
Məlumata görə, Ukraynanın cənubunda yerləşən Nikolayevsk vilayətində də partlayış olub. Hadisə ilə bağlı təfərrüatlar yayılmayıb.
İnformasiyaya əsasən, Ukraynanın Denpr, Kirovoqrad, Odessa və Xarkov vilayətlərində həyəcan siqnalı işə düşüb.