Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Özbəkistan universitetlərində Azərbaycan dili fənninin tədrisinə başlanılıb

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin uzun müddətli apardığı işlər nəticəsində qardaş ölkənin bir sıra aparıcı universitetlərində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Filologiya fakültəsinin tələbələri üçün aparılan dərslərdə Azərbaycan əlifbası, dilimizin fonetika, lüğət və qrammatikası, onun öyrənilmə metodikası tədris olunur. Dərsləri Azərbaycandan gəlmiş təcrübəli müəllim, Azərbaycan dili üzrə mütəxəssis – pedaqoq Mətanət Xudiyeva aparır.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Azərbaycan Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi arasında razılığa əsasən, Özbəkistanın sözügedən universitetlərdə Azərbaycan dili fənnini tədris etmək məqsədilə Mərkəzin baş mütəxəssisi, alim Mətanət Xudiyeva cari ilin yanvar ayından Daşkəndə ezam olunub.

Mədəniyyət Mərkəzindən verilən məlumata görə, gələcəkdə Özbəkistan universitetlərində Azərbaycan dili ilə yanaşı, ədəbiyyat, tarixi fənlərinin tədrisi də həyata keçiriləcək.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …