Bazar , 15 Noyabr 2026
Drone Cameras

Sabah Xocalı soyqırımının 32-ci ildönümü Tallində anılacaq

Estoniyanın paytaxtı Tallin şəhərində fevralın 21-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Report’a “Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Azərbaycanın Estoniyadakı səfirliyini təşkilatçılığı ilə Vabamu/Azadlıq muzeyində baş tutacaq.

Anım günündə Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və işçi qrupunun üzvlərinin iştirakı gözlənilir. Həmçinin Estoniya parlamentinin üzvləri və yerli KİV-in iştirakı nəzərdə tutulub.

Check Also

Paşinyan: Azərbaycanla daimi sülh üçün çox real şansımız var

Azərbaycanla daimi sülh üçün çox real şansımız var. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın Baş …