Şənbə , 23 Noyabr 2024
Drone Cameras

ABŞ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb

ABŞ tezliklə Rusiya ilə əməkdaşlığa görə İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlər üçün onlayn brifinqdə bildirib.

“Biz yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyik və İran Rusiyaya ballistik raketlər satarsa, daha da irəli getməyə hazırıq”, – o qeyd edib.

Kirbi deyib ki, ABŞ-nin Tehranın Moskvaya ballistik raketlər verməsi ilə bağlı heç bir təsdiqi olmasa da, Vaşinqton bu mövzunu BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa hazırdır: “Biz öz tərəfimizdən bu məsələni BMT Təhlükəsizlik Şurasına müzakirəyə çıxaracağıq və İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”.

Ağ ev nümayəndəsinin sözlərinə görə, “İran Rusiyaya pulsuz yardım etmir”:

“İranın dəstəyi müqabilində Rusiya Tehrana müdafiə sahəsində misli görünməmiş əməkdaşlıq təklif edir”.

“İran Rusiyadan milyardlarla dollar dəyərində hərbi texnika almaq istəyir”, – o vurğulayıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …