Cümə , 22 Noyabr 2024
Drone Cameras

İslandiyada şəhər vulkan püskürməsi təhlükəsi səbəbindən boşaldılıb

İslandiya hakimiyyəti ölkənin cənubundakı Reykyanes yarımadasında vulkan püskürməsi təhlükəsi ilə əlaqədar Qrindavik şəhərinin sakinlərini təxliyə edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə polisə istinadən RUV milli televiziya şirkəti məlumat yayıb.

Daha əvvəl telekanal ölkənin meteoroloji xidmətinə istinadən məlumat verib ki, Syulinqarfel dağından bir kilometr şərqdə maqma axını yaranıb və bu ərazidə “güclü seysmik aktivliyə səbəb olub”. Meteoroloji xidmət seysmik aktivliyin vulkan püskürməsi ehtimalını göstərdiyini bildirib.

“Qrindavikdə evakuasiya yaxşı gedir. Son günlər Qrindavikdə çox adam yoxdur və bu gün insanlar şəhərdə işləmir”, – telekanal bildirir.

Kanal əlavə edib ki, evakuasiyanı mümkün qədər tez başa çatdırmaq üçün səylər göstərilir.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …