Bazar , 8 Sentyabr 2024
Drone Cameras

“Qızıl top” mükafatı “France Football”a verilə bilər

“Qızıl top”un sahibini yenidən “France Football” nəşri müəyyənləşdirə bilər.

“Report”un məlumatına görə, artıq bununla bağlı FİFA prezidenti Canni İnfantino ilə danışıqlar aparılır.

Danışıqlar müsbət nəticələnsə, ali futbol qurumu bu nominasiya üzrə seçimlər etməyəcək.

“Qızıl top”un sahibini 1956 – 2009-cu illərdə “France Football” seçib. 1995-ci ilə qədər bu mükafata yalnız avropalı futbolçular sahib çıxıb. 1991-ci ildən isə FİFA öz mükafatını – “Brilliant top”u təsis edib. 2010-cu ildən isə bu mükafatlar birləşdirilərək “Qızıl top” adı ilə FİFA tərəfindən təqdim olunub.

Qeyd edək ki, “France Football” “Qızıl top” mükafatının sahibini Avropanın aparıcı nəşrlərinin jurnalistlərinin səsverməsi nəticəsində təyin edirdisə, FİFA bu işi bütün yığmaların baş məşqçisi və kapitanlarının öhdəsinə buraxıb. 2010-cu ildən bu mükafat argentinalı Lionel Messi və portuqaliyalı Kriştianu Ronaldu sahib çıxıb.

Check Also

“Əsl millət vəkili necə olmalıdır, istəyirəm onu millətə təqdim edim” – Cahandar Bayoğlu ilə VİDEOMÜSAHİBƏ

22 saylı Nəsimi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Cahandar Cahandaroğlu (Bayoğlu) “Meşə” parkında seçiciləri ilə görüşüb.Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir