Cümə , 22 Noyabr 2024
Drone Cameras

DSK: Azərbaycanda havanın çirkliliyi artıb

Tbilisinin havası Bakı və Yerevandan təmizdir

Azərbaycanda havanın çirkliliyi əvvəlki illərə baxanda artıb.

Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

DSK deyir ki, 2023-cü ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosferə atılmış çirkləndirici maddələrin həcmi 2022-ci illə müqayisədə 34,5 min ton artıb – 965,1 min ton olub.

Onun da 85 faizi və ya 820,8 min tonu avtomobillərdən atılan tullantıların payına düşüb.

Avtomobillərdən atılmış zərərli maddələrin həcmi 6,3 faiz artıb, stasionar mənbələrdən atılmış maddələrin həcmi isə 8,9 faiz azalıb.

“Stasionar mənbələrdən atılan zərərli tullantıların həcmi sənaye mərkəzlərindən olan Bakıda 21,1 min ton, Sumqayıtda 0,9 min ton azalıb. Mingəçevirdə isə əksinə, 0,2 min ton artıb”, – məlumatda qeyd edilir.

Dövlət Statistika Komitəsi
Foto: Meydan TV

DSK-nın məlumatında həmçinin, bildirilir ki, bütün mənbələrdən atmosferə atılmış zərərli tullantıların 61,5 faizini karbon oksidi, 21,3 faizini karbohidrogenlər, 13,4 faizini azot oksidi, 0,1 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr olub.

“IQAir” hesabatının interaktiv xəritəsinə görə, Cənubi Qafqazın üç şəhəri – Yerevan, Tbilisi və Bakı arasında havası qismən təmiz olanı Gürcüstanın paytaxtıdır.

2023-cü ildə Tbilisidə PM2.5 göstəricisinin illik miqdarı 15.5 olub. Bu rəqəm Bakı üçün 18.8, Yerevan üçünsə 26.4-dır.

Məsələn, Finlandiya şəhərləri üçün bu göstərici 5 -dən aşağıdır.

PM2.5 havaya daha çox yanacaq işlənməsi nəticəsində tullanır.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, çirkli hava hər il 7 milyon insanın ölümünə səbəb olur. Ümumilikdə isə insan ömrünün 2.2 il qısalmasına gətirir.

Check Also

Xidmət rəisi: Azərbaycan ərazisindən köçəri quşların ən böyük miqrasiya yollarından biri keçir

Ümumdünya Köçəri Quşlar Günü 2006-cı ildən etibarən ildə iki dəfə – may və oktyabr aylarının …