Taksi şirkətlərindən birinin ölkəyə yeni avtomobillər gətirdiyi iddia olunur.
Boyukmillet.com BAKU.WS istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbələlərdə yayılıb. Videonun şərh bölməsində həmin avtomobillərin “karşerinq” xidməti üçün istifadə ediləcəyi bildirilib. Nəzərinizə çatdıraq ki, “Karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürüb A nöqtəsindən B nöqtəsinə gedir.
Bəs görəsən dünya ölkələrində xeyli populyar olan bu xidətin Azərbaycanda tətbiqi nə dərəcədə realdır? Məsələ ilə əlaqədar BAKU.WS-ə açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, “karşerinq” xidməti dünyanın istənilən ölkəsində aktivdir. Bu sistemin Azərbaycanda istifadəsi mümkündür: “Hesab edirəm ki, bu daha gəlirli sahədir, nəinki maşını tələsik dəyər-dəyməzə satmaq”.
Xidmət müqavilində qiymətlərə gəlincə isə ekspert deyir ki, bu, maşının neçə kilometr sürülməsindən asılıdır. Burada məsafəyə görə ödəniş taksi xidmətində olduğu kimi hesablana bilər: “Bu xidmətin Moskva variantına icarənin bir növü kimi yanaşılır. Misal üçün icarəyə götürdüyün nəqliyyat vasitəsini mütləq haradan götürmüsənsə oraya qoymalısan. Lakin onda elə deyil. A nöqtəsindən B nöqtəsinə getmək istəyən şəxs maşını elə B nöqtəsində saxlayır. Belə olmağı üçün qanunvericilikdə də müəyyən dəyişikliyə ehtiyac var. Çünki avtomobillərin etibarnamə məsələsi də bizdə fərqli tənzimlənir”.