Cümə , 22 Noyabr 2024
Drone Cameras

BMT baş katibi Ersin Tatarla görüşüb

BMT Baş katibi Antoniu Quterreş təşkilatın Nyu-Yorkdakı qərargah binasında Şimali Kipr Türk Respublikasının (KKTC) Prezidenti Ersin Tatarla görüşüb.

“Report”un ABŞ bürosu xəbər verir ki, görüşdə Baş katibin Kipr problemi üzrə təyin olunmuş yeni şəxsi nümayəndəsi Maria Anqela Kuelyarın Kipr Türk və Kipr Rum liderləri və nümayəndələri ilə təmasları əsasında ortaq müzakirələr aparılıb. Baş katib Kipr Prezidenti Nikos Kristodulideslə Brüsseldə keçirdiyi son görüşündə əldə olunan nəticələr barəsində E.Tatarla fikir mübadiləsi aparıb.

A.Quterreş Kipr probleminin yekun həllinə nail olmaq üçün davamlı, ciddi səylərin vacibliyinə diqqət çəkib və yaxın gələcəkdə bölgədə razılaşmanın həllinə nail olacaqlarına ümid etdiyini deyib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …